Azərbaycan GAVI Alyansı (Global Alliance for Vaccines) ilə COVİD-19 koronavirus əleyhinə peyvəndin satınalınmasına dair razılığa gəlib. Bu barədə TƏBİB-dən məlumat verilib.
“18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaq”, - məlumatda qeyd olunur.
TƏBİB-dən vurğulanır ki, tədqiqatlar davam etdiyindən, vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.
“Hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir”, - məlumatda qeyd olunur.
GAVI Alyansı 2000-ci ildə yaradılıb. **
X.Nəsirzadə