22.09.2020 18:44

Ərdoğan Ermənistanı Cənubi Qafqazda sülh və sabitliyə əngəl adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ermənistanı Cənubi Qafqazda sülh və sabitliyə əngəl adlandırıb.

"İyul ayında Azərbaycan torpaqlarına hücum edən Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük əngəl olduğunu bir daha sübut etdi", - deyə Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

"Biz Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, regiondakı münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT və ATƏT-in qətnamələri əsasında mümkün qədər tez həllinin tərəfdarıyıq”, - deyə o əlavə edib.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.