Tədris ilinin əvvəlindən Azərbaycanın təhsil müəssisələrində koronavirus (COVID-19) infeksiyasına yoluxma ilə bağlı 173 hal qeydə alınıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
"Tədris ilinin əvvəlindən (sentyabrın 15-dən) respublikanın təhsil müəssisələrində COVID-19 infeksiyasına 173 yoluxma faktı qeydə alınıb. Xüsusilə, 131 şagird və 42 işçi heyəti infeksiyaya yoluxub", - deyə məlumatda bildirilir.
15-21 sentyabr tarixlərində 95 şagird (26 nəfər işçi heyəti), sentyabrın 22-də 10 şagird (7 nəfər işçi heyəti), sentyabrın 23-də 7 şagird (6 nəfər işçi heyəti), sentyabrın 24-də 19 şagird (3 nəfər işçi heyəti) koronavirusa yoluxub.*
X.Nəsirzadə