Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu danışıqlara qayıdışdır. Bunu Avropa İttifaqı Şurasının sədriŞarl Mişel deyib.
“Dağlıq Qarabağ münaqişəsi zonasından hərbi əməliyyatlar barədə məlumatlar çox ciddi narahatlıq doğurur. Gələcək gərginliyin qarşısını almaq məqsədilə hərbi əməliyyatlar təcili sürətdə dayandırılmalıdır”, - Mişel bazar günü Twitter-də yazıb.
“İlkin şərtsiz danışıqların bərpa olunması irəliyə aparan yeganə yoldur”, - Mişel vurğulayıb. **