Moldova prezidenti İqor Dodon Ermənistan və Azərbaycanı hərbi əməliyyatlara son qoymağa çağırıb.
"Dağlıq Qarabağ ətrafında münaqişənin kəskinləşməsi narahatlıq doğurur. Hər iki ölkə bizim üçün dost ölkədir, həm Ermənistan rəhbərliyi ilə, həm də Azərbaycan rəhbərliyi ilə çox yaxşı münasibətlərimiz var. Biz hər iki tərəfi atəşi dayandırmağa, sülhü bərpa etməyə çağırırıq", - deyə Dodon bu gün səhər baş nazirin və parlament sədrinin iştirakı ilə keçirilən ənənəvi iclasdan sonra bildirib.
O, Moldovada yaşayan hər iki millətin nümayəndələrinə də müraciət edib.
"Biz bu diasporları Moldovaya münaqişələr gətirməməyə çağırırıq. Biz dünyada yüzlərlə millətin nümayəndələrinin yaşadığı dinc bir ölkəyik. Moldovada sakitliyi qorumaq lazımdır, etirazlardan çəkinməyə, torpağımızda sülhü və həmrəyliyi qorumağa çağırıram", - deyə Dodon vurğulayıb.*