Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi xüsusi təhlükədir, tərəflər bir neçə il ərzində ilk dəfə ağır silahlar tətbiq edirlər. Bunu RF XİN başçısının müavini Andrey Rudenko deyib.
"Bu format (ATƏT-in Minsk qrupu - İF) daxilində əməkdaşlıq kifayət qədər uğurla inkişaf edir və ümid edirik ki, vəziyyətdəki mövcud gərginliklə bağlı öz bəhrəsini verəcək. Vəziyyətin gərginləşməsi çox təhlükəlidir, çünki tərəflər 2016-cı ildən bəri ilk dəfə olaraq ağır silahlar tətbiq edirlər, real itkilər var", - deyə Rudenko jurnalistlərə bildirib.*