Azərbaycan hərbçiləri təmas xəttində döyüşlər zamanı erməni işğalından azad etdiyi bütün əraziləri qoruyurlar və nəzarət edirlər. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
“Ermənistan tərəfi guya itirdiyi əraziləri qaytardığı barədə dezinformasiya yaymaqda davam edir. Bəyan etmək istərdim ki, döyüşlər zamanı erməni işğalından azad etdiyimiz bütün ərazilər Azərbaycan hərbçiləri tərəfindən qorunur və nəzarət edilir”, - Dərgahlı bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir. **
A.Əzizov