Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağdakı məqsədlərinə müstəqil şəkildə nail olmaq üçün kifayət qədər gücə malikdir.
“Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə kifayət qədər gücü var”, - deyə “Anadolu” agentliyi nazirə istinadən bildirir.
XİN başçısının sözlərinə görə, lazım gələrsə, Türkiyə Azərbaycana istənilən vaxt və istənilən yerdə dəstək göstərəcək.
Çavuşoğlu qeyd edib ki, Azərbaycan öz hərəkətlərində həm mənəvi, həm də hüquqi nöqteyi-nəzərdən haqlıdır. "Beynəlxalq ictimaiyyət Azərbaycandakı vəziyyətə Ukrayna və Gürcüstanda baş verən hadisələrlə eyni şəkildə yanaşmalıdır", - deyə nazir əlavə edib.*