Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tam həllini tapmadan istənilən barışıq incə xarakter daşıyır. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan bütün regionda davamlı sülhün bərqərar olmasını istəyir. Bu, regionda bütün ölkələrin birmənalı şəkildə maraqlarındadır. Bu məsələ bütövlükdə həll olunmadan istənilən barışıq çox incə xarakter daşıyır, hansısa mərhələdə bütün bunların yenidən alovlanacağına zəmanət yoxdur”, - Bayramov Rusiyanın News.ru saytına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan münaqişənin həllinə və işğal olunmuş ərazilərin qaytarılmasına yönəlib, lakin Ermənistanın hazırki siyasi-hərbi rəhbərliyi son iki il ərzində danışıqlar prosesinə çox ciddi zərər vuran görünməmiş bəyanatlarla çıxış edir. .
«Eyni zamanda, Ermənistan cəfəng bəyanatları ilə münaqişəyə üçüncü tərəfləri cəlb etməyə çalışır”, - o qeyd edib.
Nazir vurğulayıb ki, Ermənistan təxribatlara son qoymalıdır. “Eyni zamanda, gələcəkdə təxribatlara yol verilməyəcəyinə dair Azərbaycana zəmanət verilməlidir. Bu, substantiv danışıqların başlanğıcı ola bilərdi. Hesab edirik ki, beynəlxalq hüquq normaları və prinsipləri yerinə yetirilməlidir və tərəflər Azərbaycan ərazilərindən silahlı qruplaşmaların çıxarılması qrafikini müzakirə etməyə başlamalıdırlar, təbii ki, böyük tədirlər kompleksi, əlavə təhlükəsizlik, regional inkişaf və s. məsələlər də daxil olmaqla”, - Bayramov qeyd edib. **
X.Nəsirzadə