Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində Azərbaycanın 19 dinc sakini həlak olub, daha 55 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Baş Prokurorluqdan məlumat verilir.
“Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir», - Prokurorluqdan qeyd ediblər.
Ermıənistan silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 169 evə, həmçinin 40 mülki obyektə külli miqdarda ziyan vurulub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
“Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bütün zəruri tədbirlər görüləcək”, - məlumatda deyilir. **
X.Nəsirzadə