Azərbaycan Ordusu Cəbrayıl şəhərinin azad edilmısi zamanı xeyli sayda qənimət götürüb. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb”, - məlumatda deyilir.
Öncə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini işğaldan azad etdiyi barədə Twitter səhifəsində yazıb.
“Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır”, - Əliyev yazıb.
Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. **
B.Rüstəmbəyov