Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə telefon danışığı baş tutub. Bu barədə RF XİN məlumat yayıb.
“Danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında üç ölkənin XİN rəhbərlərinin 9 oktyabr tarixində Moskvada keçirdiyi məsləhətləşmələrin nəticələrinə əsasən əldə olunan atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.*