Beynəlxalq Valyuta Fondu COVİD-19 koronavirusun yayılması şəraitində 2020-ci ildə Azərbaycan iqtisadiyyatında 4% səviyyəsində azalma proqnozlaşdırır. Bu barədə Fondun dərc etdiyi World Economic Outlook dünya iqtisadiyyatı icmalının oktyabr sayında qeyd olunur.
2020-ci ilin aprel ayında BVF cari il Azərbaycanda ÜDM-in 2,2% səviyyəsində proqnozlaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Fondun qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycan ÜDM-in 2%, 2025-ci ildə - 1,7% artacaq.
BVF-nin proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda inflyasiya illik 3% təşkil edəcək, 2021-ci ildə - 3,1%-dək, 2025-ci ildə - 3,2%-dək sürətlənəcək.
2020-ci ildə BVF Azərbaycanın tədiyə balansının kəsirini ÜDM-in 3,6% səviyyəsində proqnozlaşdırır (aprel proqnozu – ÜDM-in 8,2% həcmində kəsir), 2021-ci ildə kəsir ÜDM-in 4,4% səviyyəsində, 2025-ci ildə kəsir - ÜDM-in 0,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 6,5% təşkil edəcək, 2021-ci ildə - 5,8% azalacaq.
Azərbaycan hökuməti 2020-ci ilin yekunları üzrə ÜDM-in azalmasını dünya bazarlarında neftin qiymətindən asılı olaraq, 2,9%-4,3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templəri ilə bağlı yeni proqnozu hələ dərc etməyib.2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,4% səviyyəsində proqnozlaşdırılır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.**
Ə.Məmmədov