Avropa İttifaqı şənbə gününə keçən gecə Gəncə şəhərinə dinc sakinlərin həlak olması və ciddi xəsarət alması ilə nəticələn zərbələrin endirilməsindən təəssüf ifadə edir.
“İstənilən tərəfdən mülki şəxslər və mülki obyektlərə bütün hücumlar dayandırılmalıdır”, - bu gün Aİ-nin nümayəndəsi bildirib.
O, tərəfləri 10 oktyabr tarixli atəşkəsə dair razılığa tam əməl edilməsini təmin etməyə çağırıb. **