Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. XİN-in məlumatına görə, söhbət zamanı Qarabağda və ondan kənarda vəziyyət müzakirə olunub.
“Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının kobud pozulması halı olduğunu və bunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib. Çavuşoğlu Ermənistanın mülki şəxsləri hədəfə alınmasını şiddətlə qınayıb və həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib”, - məlumatda qeyd olunur.
Bayramov hər zaman Bakının yanında olduğu və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəklədiyi üçün qardaş Türkiyəyə təşəkkürünü bildirib. **
X.Nəsirzadə