18.10.2020 15:13

Azərbaycanda 647 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına daha 647 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 44 min 964-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 626 nəfərə çatıb.

Virusa yoluxmuş 40 min 37 nəfər (sutka ərzində +134) müalicə olunaraq sağalıb.

Hazırda 4 min 301 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,089 min, hazırkı dövrədək isə 1 milyon 228 min 24test aparılıb.**

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.