ATƏT-in Qarabağ üzrə Minsk qrupunun “beyin ölümü gerçəkləşir”. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
İndiyədək Minsk qrupu problemin həlli üzrə heç bir real təşəbbüs ilə çıxış etməyib”, - Şentop Azərbaycan parlamentində çıxışı zamanı bildirib.
“Bundan başqa, BMT Nizamnaməsinin 51-ci maddəsi (ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ vardır) barədə anlayışı olmayan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri Türkiyə və Azərbaycanı Dağlıq Qarabağa hücumda ittiham edib, hansı ki, Azərbaycanın tərkib hissəsidir. Bu ölkənin liderinin termini ilə danışsaq, Minsk qrupunun beyin ölümü gerçəkləşir”, - spiker qeyd edib.
ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransadır.
Ötən il Fransa prezidenti Emmanuel Makron müsahibələrin birində bəyan edib ki, NATO-nun “beyin ölümü gerçəkləşir”. **