Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 pilotsuz uçuş aparatının (PUA) məhv edilməsi ilə bağlı məlumat yayıb.
“Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1-i isə Tərtər istiqamətində vurulub”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov