Cümə günü Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus daha bir PUA məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, bu cümə günü Ermənistana məxsus məhv edilən artıq beşinci PUA-dır. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib. **
B.Rüstəmbəyov