Azərbaycanda koronavirus infeksiyasına daha 792 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 49 min 13-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib, ölənlərin ümumi sayı 664 nəfərə çatıb.
Virusa yoluxmuş 41 min 51 nəfər (sutka ərzində +220) müalicə olunaraq sağalıb.
Hazırda 7 min 298 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11,353 min, hazırkı dövrədək isə 1 milyon 281 min 497 test aparılıb.*
B.Rüstəmbəyov