Ötən bazar günü Azərbaycan Ordusu tərəfindən daha 18 yaşayaş məntəqəsi Erməni işğalından azad olunub. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Dünən Azərbaycan Ordusu Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndlərini, Cəbrayıl rayonununQovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərini, Qubadlı rayonununPadar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhərini işğal azad edib”, - Əliyev bazar ertəsi xalqa müraciətində qeyd edib. **
N.Abbasova
.