Türkiyənin F-16 qırıcıları Azərbaycanda yerdədir,onlardan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlarda istifadə olunmur, lakin həmçinin Azərbaycanın kənardan aqressiyaya qarşı müdafiəsidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Hər gün müsahibə verirəm, mənə sual verirlər Türkiyənin F-16-ları Azərbaycanda nə gəzir? Mən bu suala cavab verməkdən yorulmuşam, açın peyklərinizi, baxın F-16 neyniyir, havadadır, ya yerdədir. Hər kəs bilir ki, təyyarələr yerdədir. Təlimlər üçün gəlib və müharibə başlayanda qalıb. Türkiyəli qardaşlarımıdan müdafiəz onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bundan başqa, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”, - Əliyev bu gün xalqa müraciətində bildirib.
Prezident dəqiqləşdirib ki, Azərbaycan aeroportunda “Türkiyənin 5-6 təyyarəsi qalıb”.
“Eyni zamanda, jurnalistlərdən maraqlanmaq istərdim ki, niyə Ermənistanı dəstəkləyən ölkələrdən soruşmurlar, nə üçün bu ökəyə silah tədarük edirlər və erməni əhalisimimn xəbər varmı, nə qədər hərbi texnikasını məhv etmişik?”, - Əliyev qeyd edib. **
N.Abbasova