Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafı müzakirə olunub. Rusiya tərəfi hərbi fəaliyyətin davam etməsindən, eləcə də Yaxın Şərqdən terrorçuların döyüşlərə cəlb edilməsinin miqyaslı xarakter almasından narahatlıq ifadə edib. Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasları və tezliklə atəşkəsə nail olunması və böhranın deeskalasiyası məqsədi ilə atılan addımlar barədə məlumatlandırıb”, - deyə məlumatda bildirilir.
Rusiya və Türkiyənin xarici siyasət və müdafiə strukturları, eləcə də xüsusi xidmət orqanları arasında bundan sonra da koordinasiyanın həyata keçirilməsi razılaşdırılıb.*