28.10.2020 16:32

Azərbaycanda 988 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına daha 988 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 52 min 137-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib, ölənlərin ümumi sayı 699 nəfərə çatıb.

Virusa yoluxmuş 42 min 33 nəfər (sutka ərzində +340) müalicə olunaraq sağalıb.

Hazırda 9 min 405 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11,426 min, hazırkı dövrədək isə 1 milyon 319 min 474 test aparılıb.**

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.