Azərbaycan prezidenti İlham Əliyev Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında daha 13 yaşayış məntəqəsinin Ermənistanın işğalından azad olunduğunu elan edib.
“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - İlham Əliyev rəsmi Twitter hesabında yazıb. **
N.Abbasova