Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu gün ATƏT-in Minsk Qrupunun üç həmsədri ilə telefon danışıqları olub, 27-28 oktyabr tarixində Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qoyulmasını onlarla müzakirə edib .
“Azərbaycan XİN başçısı ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stefan Viskonti ilə telefon danışıqları keçirib. Bayramov həmsədrlərə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması barədə məlumat verib. O, 27-28 oktyabr tarixlərində Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını vurğulayıb”, - XİN-i məlumatında deyilir.
Bayramov həmsədrləri Azərbaycan mülki vətəndaşlarına qarşı bu qeyri-insani hərəkətləri pisləməyə çağırıb.
“Həmsədrlər mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətirdilər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar”, - XİN-dən qeyd olunur. **
N.Abbasova