Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntələrinin raket-artilleriya atəşinə tutulması nəticəsində 9 şagird həlak olub. Bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.
“Son bir ay ərzində erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib. Bu uşaqlar hərbi əməliyyat zonalarından çox uzaqda yerləşən rayonlarda yaşayırdılar”, - Əmrullayev cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, ermənilərin açdığı atəş nəticəsində 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb.
Xəbər verildiyi kimi, sentyabrın 27-dən Ermənistanın təcavüzü nəticəsində Azərbacanda 91 nəfər dinc sakin həlak olub, təxminən 400 nəfər yaralanıb. **
X.Nəsirzadə