30.10.2020 22:46

Aİ Qarabağ münaqişəsi zonasında dinc sakinlərə yardım məqsədilə daha 400 min avro yönəldib

Avropa İttifaqı Dağlıq Qarabağda və ətrafında münaqişədən zərər çəkmiş mülki əhalinin ən zəruri ehtiyaclarına humanitar yardım məqsədilə əlavə olaraq 400 min avro vəsait ayırıb.

“Aİ artıq dinc sakinlərin həyatına son qoyan hərbi əməliyyatları dərhal dayandırmağa çalışıb. Biz yaxınlaşan qış və koronavirus pandemiyası nəzərə alınmaqla, humanitar vəziyyətin pisləşməsindən son dərəcə narahatdır”, - cümə günü Aİ-nin Böhrana Qarşı Mübarizə Departamentinin Avropakomissarı Yanez Lenarçiç bəyan edib.

Aİ-nin təcili yardımı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına göndərilib. Bu maliyyə hesabına Ermənistan Qılrmızı Xaç və Azərbaycan Qırmızı Aypara Cəmiyyətləri hərbi əməliyyatlardan qaçmağa məcbur olan şəxslərə ərzaq, yorğan, gigiyena vasitələri və digər təcili əşyalar çatdıracaq.

Sentyabrın sonundan etibarən, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlanandan Aİ bu ərazidəki mülki vətəndaşlara əhaliyə 900 min avro ümumi məbləğdə humanitar yardım göstərilib. **


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.