Azərbaycan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağ münaqişəsi zonasında döyüşlər zamanı erməni hərbçilərinin $2,7 milyard dəyərində hərbi texnikası məhv edilib. Bunu prezident İlham Əliyev deyib.
“Biz məhv etdiyimiz (Ermənistan silahlı qüvvələrinə məxsusu - İF) hərbi texnikanın ilkin minimal hesablamasını həyata keçirdik. Yeri gəlmişkən, məhv etdiyimiz bütün texnika barədə məlumat verməmişəm. Məhv etdiyim və qənimət götürdüyümüz hərbi texnika və döyüş sursatların dəyəri $2,7 milyard təşkil edir. Onlarda bu silahları almaq üçün bu qədər pul hardandır? Ermınistan kasıb ölkədir. Onun büdcəsi 2 milyard dollardan azdır. Xarici borcu 8 milyard dollar təşkil edir”, - Əliyev Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT TŞ-nin qətnamələrinin icrası üçün Ermənistana təsirli təzyiq göstərə bilərdilər.
“Bəli, onlar (həmsədrlər - İF) münaqişəyə göz yumurdular. (...) onlar hər zaman deyirdilər ki, hərbi həll yolu yoxdur. Onlar istəyirdilər ki, bu vəziyyət davam etsin. Düşünürəm ki, onlar münaqişəni dondurulmuş kimi görünməsindəın məmnun idilər. Onlar düşünürdülər ki, bu münaqişəni həmişəlik dondurmaq mümkündür, sadəcə etimadın möhkəmlənməsi üçün hansısa tədbirlər fikirləşib tapmağa çalışırdılar, münaqişənin baş verməməsi üçün hansısa monitorinq keçirirdilər. Lakin ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını yerinə yetirmədilər. Onlar Ermənistanı məcbur etməli idilər. Düşünürəm ki, bu ölkələrin hər biri Ermənistana birtərəfli siqnal göndərə bilər, hansını ki, bu ölkə nəzərə almalıdır. Amma onlar bunu etmədilər”, - prezident vurğulayıb. **
X.Nəsirzadə