Əgər Yerevan qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, Bakı hərbi əməliyyatları dayandırmağa hazırdır. Bu sözləri prezident İlham Əliyev deyib.
“Bununla yanaşı, mən dəfələrlə demişəm və bu, mənim mövqeyimdir, əgər Ermənistan, misal üçün, bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq”, - deyə dövlət başçısı bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edərkən bildirib.
Əliyev hesab edir ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və Bakı buna hazırdır.
“Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər”, - deyə prezident vurğulayıb.*
X.Nəsirzadə