2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 354,2 milyon manatlıq ($208,35 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə əməliyyatların həcmi 63,4% azalıb.
Cari ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 25,9 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 75,6% azdır. Xarici vətəndaşlar 2020-ci ilin avqust ayı ilə müqayisədə sentyabr ayında bank kartları vasitəsilə 0,6 milyon manat çox əməliyyat aparıblar.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 686,3 min turist gəlib ki, bu da ötən ilin 9 ayının göstəricisindən 3,5 dəfə azdır.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.**
B.Rüstəmbəyov