Energetika Nazirliyi energetika sahəsi üzrə mövcud olan məlumatların dinamikasının və vahid bazasının yaradılması məqsədilə proqram təminatı alır.
Seçim açıq tender üsulu ilə keçirilir.
İşlərin həcminə energetika sahəsi üzrə mövcud olan məlumatların dinamikasının və vahid bazasının yaradılması, energetika sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət (siyahı üzrə) müəssisələri və eləcə də enerji istehlakında əhəmiyyətli paya malik müəssisələr (siyahı üzrə) tərəfindən müxtəlif dövriliklə təqdim olunan məlumatların operativliyinin təmin olunması, o cümlədən, məlumatların elektron emalı, yanacaq-enerji balansı (YEB) üzrə müəyyən olunmuş proqnoz göstəricilərlə faktiki göstəricilər arasında fərqin avtomatik müəyyən olunması və komanda əsasında çıxış cədvəllərinin, diaqram və qrafiklərin avtomatik rejimdə hazırlanmasına dair proqram təminatının alınması daxildir.
Tenderdə iştirak haqqı – 150 manatdır.
Seçimdə zəruri texniki və maddi imkanlara malik olan şirkətlər iştirak edə bilər.
Tender təklifləri 7 dekabr saat 15:00-dək qəbul olunur, tender proseduru 8 dekabr 2020-ci il tarixində baş tutacaq. **
N.Abbasova