Azərbaycan hökuməti Koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata və sahibkarlıqsubyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı regionlarda sahibkarlara birdəfəlik maliyyə dəstəyinin üçüncü paketinin təqdim edilməsini təsdiq edib.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadanzərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsininödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam edir.
İqtisadiyyat Nazirliyindən qeyd olunur ki, bir sıra şəhər və rayonlarda epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədaryenidən xüsusi karantin rejimi tətbiq edilib. Lənkəran, Şəki şəhərləri və Cəlilabad,Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantinrejiminin sərtləşdirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində yenidənməhdudlaşmalara səbəb olub.
“Bu şəhər və rayonlar üzrə muzdlu işçilərin əmək haqları üzrə müvafiqödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyigöstəriləcək", -
Nazirliyin məlumatına əsasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrəsahibkarlıq subyektlərinin muzdlu işçilərinə maliyyə dəstəyi 9,3 min işçisi olan 1,9 minədək, fərdi (mikro) sahibkarlar üzrə maliyyə dəstəyi isə 13 mindən yuxarı vergiödəyicisini əhatə edəcək.
Bütövlüdə, 26 oktyabr 2020-ci il tarixinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 204,6 mln. manat, fərdi (mikro)sahibkarlara maliyyə dəstəyi üçün isə 77 mln. manat vəsait vergi ödəyicilərininbank hesablarına köçürülüb. **
X.Nəsirzadə