Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə İdarəsi noyabrın 7-nə keçən gecə Azərbaycanın Fəxri Konsulluğunun atəşə tutulmasının arxasında üçüncü ölkələrin olması versiyasını nəzərdən keçirir.
“Hibrid müharibə” elementi kimi Ukrayna və Xarkov regionunda vəziyyətə “üçünçü” güvvələrin müdaxiləsi, həm də Dağlıq Qarabağda vəziyyətlə əlaqədar “üçüncü” ölkələrin diplomatları üçün fəaliyyətlərində əlverişli şəraitin yaradılması versiyaları nəzərdən keçirilir”, - UTX-nin vilayət üzrə İdarə rəisinin bəyanatında deyilir. Bəyanat İdarənin mətbuat mərkəzinin rəisi Vladislav Abdulanın Facebook səhifəsində dərc olunub.
Sənəddə qeyd edilir ki, vilayətin ərazisində yaşayan Azərbaycan və Ermənistan diasporunun nümayəndələri burada münaqişəli vəziyyətin yaradılmasında maraqlı deyillər, lakin Ermənistan və Azərbaycan vətədaşlarının kompakt yaşadığı ölkələrdə bu cür hadisələr baş verir.
Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə İdarəsi Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğuna hücum ilə bilavasitə əlaqəsi olan şəxslərin müəyyən edilməsində köməklik göstərməyi xahiş edir. **