Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına aparılmasını həyata keçirən 10-cu İl-76 hərbi-nəqliyyat təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Bu barədə RF Müdafiə Nazirliyindən məlumat verilib.
“Təyyarənin göyərtəsində sülhməramlı bölmənin şəxsi heyəti, maddi vasitələr və zirehli transportyorlar var”, - deyə məlumatda bildirilir.
Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət üçün Rusiyanın 1960 hərbi qulluqçu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Rusiya kontingentinin əsasını Mərkəzi Hərbi Dairənin 15-ci motoatıcı (sülhməramlı) briqadasının bölmələri təşkil edəcək.*