Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında ötən gün Ermənistan ərazisi üzərində Rusiyaya məxsus hərbi vertolyotun vurulması ilə bağlı insidentin tam formatda araşdırılmasının vacibliyini bildirib. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Moskva tezliklə tam formatda araşdırmanın zəruriliyini bir daha vurğulayıb", - deyə o, RTVi telekanalının efirində bildirib.
Zaxarovanın sözlərinə görə, Azərbaycanın xarici işlər naziri bu faciəli hadisə ilə əlaqədar Rusiyaya yenidən üzrxahlıq bildirib.*