Rus Pravoslav Kilsəsinin xarici əlaqələri şöbəsinin rəhbəri miropolit İlarionun fikrincə, partiarx Kirillin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri arasında danışıqların bərpasının zamanı çatıb.
“Bu münaqişənin davam etdiyi 30 il ərzində dini liderlər münaqişəni sülh məcraya yönəldilməsi ilə bağlı çağırışlar ediblər. Erməni patriarxı, Qafqaz Müsəlmanları İdarəsinin sədri və Moskva və bütün Rusiyanın patriarxının görüşüb, mövcud problemləri müzakirə edib və müvafiq qərarlar qəbul etdikləri üçtərəfli danışıqlar mexanizmi mövcud olub və var. Düşünürəm ki, bu formata qayıtmağın zamanı çatıb, çünki ölkələr yaralarını sağaltmalıdırlar, bu elə zamandır ki, dini liderlərin səsi eşidilməlidir”, - miropolit “Rossiya 24” telekanalının “Kilsə və dünya” ("Церковь и мир") proqramının efirində bildirib.
“Mənim dediyim üçtərəfli format münaqişə gərginləşəndən sonra tam bərpa olunmayıb, lakin mən əminəm ki, ən yaxın zamanda dini liderlər arasında danışıqlar bərpa olunacaq (...) və o vaxt, həmçinin hər iki ölkənin ərazisində dini obyektlərin normal fəaliyyəti və bərpası ilə əlaqədar məsələləri həll etmək mümkün olacaq”, - RPK-nın nümayəndəsi qeyd edib. **