2020-ci ilin yanvar-oktyabr aylarında Gürcüstana 1 milyon 647,2 min əcnəbi səfər edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,9 dəfə azdır. Bu barədə cümə günü Gürcüstanın Milli Turizm Administrasiyası məlumat verib.
Yanvar-oktyabr ayları ərzində Gürcüstana səfər edən vətəndaşların sayına görə 298,1 min nəfər ilə Türkiyə birinci yerdədir (azalma 3,3 dəfə), 287,3 min nəfər ilə Azərbaycan ikinci (azalma 4,5 dəfə), 243,1 min nəfər ilə Ermənistan üçüncü yerdə qərarlaşıb (azalma 4,6 dəfə). **