16.11.2020 22:14

Üçüncü rübdə Rusiyaya 18 minə yaxın Azərbaycan vətəndaşı səfər edib

Üçüncü rübdə Rusiyaya gələn əcnəbilərin ümumi sayı 82% azalıb və 1,8 milyon təşkil edib. Bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin statistik məlumatında deyilir.

2019-cu ilin üçüncü rübündə 10,6 milyon xarici vətəndaş Rusiyaya səfər edib.

İyul-sentyabr aylarında Rusiyaya səfərlər üzrə lider Ukrayna olub (1,1 milyon), növbəti yerlərdə Qazaxıstan (280 min), Abxaziya (94 min), Özbəkistan (37,7 min), Filippin (31,4 min), Belarus (30 min), Türkiyə (27,9 min), Qırğızıstan (25,9 min), Ermənistan (21,5 min) qərarlaşıb. İlk onluğu Azərbaycan (17,6 min) bağlayır.

Rusiyaya turist səfərləri üzrə birinci yeri Türkiyə (2,9 min nəfər) tutub. İkinci yerdə Böyük Britaniya (536), üçüncü yerdə İsveçrə (102), növbəti yerlərdə ABŞ (92), Türkmənistan (44), BƏƏ (26), İsrail (23), Latviya (20), Almaniya (18) qərarlaşıb. İlk onluğu Litva (17) bağlayır. Qalan yerləri Qazaxıstan (16), Ukrayna (14), Bolqarıstan və Hindistan (13), İran (12), Polşa və Azərbaycan (9) bölüşür.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.