2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 515 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 20 milyard 207,1 milyon manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 4,8%), xərcləri 20 milyard 722,1 milyon manat (artım 12,3%) təşkil edib.
Yanvar-oktyabr aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 58 milyard 469,5 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin kəsiri ÜDM-nin 0,9%-ni təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 3 milyard 368,2 milyon manat və ya ÜDM-nin 4,9%-i səviyyəsində proqnozlaşdırılır.**
Ə.Məmmədov