19.11.2020 11:19

Yanvar-oktyabr aylarında COVİD-19 Azərbaycanda əczaçılıq məhsullarının satışının 32,8% artımına gətirib

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılar 553,3 milyon manat ümumi məbləğdə (cari məzənnə ilə $325,5 milyon – İF) əczaçılıq məhsulları və tibbi vasitələr alıblar. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilir.

“2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 1,7% və ya 553,3 milyon manat təşkil edib”, - DSK-dan bildirilir.

Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 32,8% artıb.

Azərbaycan daxilində əczaçılıq məhsullarının satışının artımı COVİD-19 koronavirus infeksiyası ilə əlaqədardır.

Ötən il Azərbaycanda əczaçılıq məhsullarının pərakəndə satış həcmi 528,1 milyon manat təşkil edib. **

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.