RF XİN başçısı Sergey Lavrov noyabrın 23-də Mokvada iranlı həmkarı Cavad Zərif ilə Dağlıq Qarabağda vəziyyəti və İranın nüvə proqramı ətrafında vəziyyəti müzakirə edəcək. Bu barədə RF XİN-in rəsmisi Mariya Zaxarova deyib.
“Noyabrın 23-də İranın xarici işlər naziri Moskvada növbəti işgüzar səfərdə olacaq. Səfər zamanı onun RF XİN başçısı ilə danışıqları baş tutacaq”, - Zaxarova cümə axşamı brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, “Dağlıq Qarabağda vəziyyət, İran nüvə proqramı daxil olmaqla bir sıra aktual beynəlxalq məsələlərə dair fikir mübadiləsi nəzərdə tutulur”. **