Ermənistan silahlı qüvvələri noyabrın 20-də Azərbaycanın nəzarətinə keçmiş Ağdam rayonunu tərk ediblər. Bu barədə Rusiya hərbi kontingentinin Qərargah rəisi general-mayor Andrey Volkov Ağdamda jurnalistlərə bildirib.
"Rusiya sülhməramlı kontingentinin rolu - sazişlərə uyğun olaraq mülki əhalinin təhlükəsizliyini təmin etmək, erməni bölmələrinin ərazidən çıxarılmasını təmin etmək - onlar artıq çıxarılıb, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonu ərazisinə daxil olarkən əraziyə giriş və nəzarəti mütəşəkkil şəkildə təmin etməkdədir", - deyə Volkov qeyd edib.
Onun sözlərinə görə, rayonun Azərbaycanın nəzarətinə keçməsi ştat rejimdə baş tutub, insident və təxribatlar olmayıb.*