Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının dəqiq və nizamlı işini qeyd edib.
"Fürsətdən istifadə edərək Rusiya sülhməramlılarının dəqiq və nizamlı işini qeyd etmək istəyirəm", - deyə Putin Dağlıq Qarabağdakı Rusiya sülhməramlı missiyası ilə bağlı müşavirədə bildirib.
Onun sözlərinə görə, minalardan təmizlənmənin operativ şəkildə həyata keçirilməsi bölgədə yaxşı etibarlı əlaqə yaratmağa, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi isə qan tökülməsini dayandırmağa və yeni qurbanların olmamasına imkan verdi.*