Dağlıq Qarabağda müharibə dövründə Ermənistan Rusiyanın dəstəyini həmişə hiss edib. Bunu bu gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib.
"Müharibə zamanı biz həmişə Rusiyanın, Rusiya prezidenti və baş nazirinin dəstəyini, sizin şəxsi dəstəyinizi hiss etmişik", - deyə Paşinyan RF müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib.
Onun sözlərinə görə, müharibədən əvvəl çətin mərhələ olub, "amma indi daha çətin dövrdür və ümid edirik ki, bu dövrdə Rusiya ilə, o cümlədən təhlükəsizlik sahəsində də əməkdaşlığımızı dərinləşdirə biləcəyik".
"Təkcə təhlükəsizlik sahəsində deyil, hərbi-texniki əməkdaşlıq sahəsində də", - deyə Ermənistan baş naziri vurğulayıb.
"Bu gün regionumuzda başqa hərbi-siyasi vəziyyət hökm sürür. O dəyişib və bu vəziyyətin bütün parametrlərini öyrənmək lazımdır. Əminəm ki, qarşıdakı gələcəkdə və strateji gələcəkdə əlaqələrimiz müttəfiq tərəfdaşlıq və qardaşlıq-dostluq ruhunda dərinləşməyə davam edəcək, daha sıx və strateji əməkdaşlığımız olacaq", - deyə Paşinyan qeyd edib.*