Azərbaycanda akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunub. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunub. Səfərdə 120-dən artıq diplomat iştirak edir”, - deyə o bildirib.*
B.Rüstəmbəyov