Rusiya sülhməramlıları bu gün Ermənistan ərazisindən erməniləri Dağlıq Qarabağa aparan avtobusları müşayiət ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
34 avtobusla İrəvandan Dağlıq Qarabağa 1400-dən çox erməni gətirilib. Avtobusları Rusiyanın sülhməramlı kontingenti və hərbi polis patrulları müşayiət edib.
"Rusiya hərbçiləri dinc sakinlərin evlərinə qayıtması üçün avtobusların təmas xətti ilə hərəkətinin təhlükəsizliyini təmin ediblər", - deyə məlumatda vurğulanır.*