Neft sektoru COVID-19 pandemiyası və neftin ucuzlaşması şəraitində Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin və ticarət balansının müsbət saldosunun formalaşmasında əvvəlki kimi aparıcı rol oynayır.
2020-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə ixracın strukturunda əsas həcm (87,88%) neft-qaz sektoru məhsullarının, Azərbaycanın bütün ixracının 67,66%-i isə neftin payına düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan bəyan edilmiş neftin ixrac həcmi 21 milyon 832 min 533,28 ton, dəyəri $7 milyard 158 milyon 90,91 min təşkil edib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bəyan edilmiş ixracın həcmi miqdar ifadəsində 6,1%, dəyər ifadəsində 36,5% azalıb.
Bu rəqəmlərdən göründüyü kimi, cari ilin I rübündə neftin qiymətinin kəskin ucuzlaşması, koronavirus pandemiyası, eləcə də Azərbaycanın OPEC+ çərçivəsində hasilatın azaldılması üzrə götürdüyü öhdəliklər ixrac həcmlərinin və gəlirin 9 aylıq göstəricilərinə də təsir göstərib.
"İnterfaks-Azərbaycan" agentliyi Azərbaycan neftinin ixrac coğrafiyasını izləməkdə davam edir, çünki ölkə tərəfindən neft ixracının ümumi həcmi və əldə olunan gəlirlə yanaşı, hansı ölkələrin Azərbaycan neftinin alıcıları olması da maraq doğurur.
2020-ci ilin yanvar-sentyabr ayları üzrə rəsmi mənbələrdən əldə edilən məlumatların təhlili göstərir ki, Azərbaycan nefti Avropa, Asiya, Yaxın Şərq ölkələrinə və hətta Avstraliyaya ixrac olunub. Bu məhsulun daimi alıcıları sırasında Rusiya (cüzi həcmdə - İF), ÇXR, Hindistan, Ukrayna, Almaniya, Avstriya, Çexiya, Fransa, Xorvatiya, İspaniya, İsrail, İtaliya, Portuqaliya, Türkiyə, Vyetnam və Yunanıstan kimi ölkələr yer alır.
Bununla yanaşı, Azərbaycandan neft idxalının həcminə görə İtaliya ($3 milyard 82 milyon 587,84 min) lider olaraq qalır. 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft ixracının 38,7%-i İtaliyanın payına düşüb. Bununla belə, İtaliyaya neft ixracının həcmi 1,2%, gəlir isə 26,1% azalıb ki, bu da dünya neft bazarında cari vəziyyətlə bağlıdır.
Cari ilin 9 ayının yekunları üzrə Azərbaycan neftini idxal edən ölkələrin ilk üçlüyünə Çin və Xorvatiya da daxil olub. Xorvatiya ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan neft idxalını 3,8 dəfə artırıb. Yanvar-sentyabr aylarında Azərbaycandan alınan neftin həcmini ciddi şəkildə artıran ölkələr Vyetnam (təxminən 4 dəfə), Yunanıstan (3 dəfədən çox) və Avstraliya (2 dəfə) olub.
Yanvar-sentyabr aylarında Azərbaycandan aldığı neftin həcmini ən çox azaldan ölkə Fransa (təxminən 6 dəfə) olub. Həmçinin Almaniya (4 dəfədən çox), Böyük Britaniya (təxminən 4 dəfə) və İsrail (2,3 dəfə) də neft alışını əhəmiyyətli dərəcədə azaldıb.
Bundan başqa, bu il Kanada Azərbaycan neftinin alıcıları siyahısından çıxsa da, Böyük Britaniya yenidən bu siyahıya daxil olub. Danimarka, Tunis, Belarus, Malayziya və Sinqapur isə Azərbaycan neftinin yeni alıcılarıdır.
Oktyabr ayında qiyməti $40-dan aşağı düşən neftin bir bareli nisbi artım nümayiş etdirərək $45 səviyyəsindədir. Əgər qiymətlər sona qədər bu səviyyədə qala bilsə, bu, Azərbaycanın neft ixracından gəlirlərinə müsbət təsir göstərə bilər. İxrac coğrafiyasına gəldikdə isə, o, çətin ki, ilin sonuna qədər ciddi dəyişikliklərə məruz qalsın.*
Ölkə |
İxrac həcmi (tonla) |
Həcm üzrə 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisə |
İxracdan əldə edilən gəlir ($, min) |
Dəyər üzrə 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisə |
İtaliya |
8 446 361.4 |
-1,2% |
3 082 587.84 |
-26,1% |
Çin |
2 058 942.7 |
+57,1% |
386 274.02 |
-42,1% |
Xorvatiya |
1 307 990.7 |
+3,8 dəfə |
368 420.66 |
+2,1 dəfə |
Hindistan |
1 190 058.9 |
-28,2% |
410 123.19 |
-2 dəfə |
Yunanıstan |
1 144 149.1 |
+3,3 dəfə |
403 685.77 |
+2,5 dəfə |
İsrail |
983 863.52 |
-2,3 dəfə |
380 390.53 |
-2,8 dəfə |
Ukrayna |
935 663.67 |
+ 86,8% |
240 951.35 |
+ 0,5% |
İspaniya |
842 504.99 |
-25,9% |
275 205.65 |
-48,8% |
Almaniya |
552 072.61 |
-2,7 dəfə |
199 169.4 |
-3,6 dəfə |
Vyetnam |
518 793 |
+3,7 dəfə |
132 705.95 |
+2,3 dəfə |
Çexiya |
507 518.12 |
-42,7% |
186 287.99 |
-2,3 dəfə |
Belarus |
455 977.74 |
- |
117 726.93 |
- |
Tunis |
431 161.01 |
- |
172 869.07 |
- |
Portuqaliya |
343 829.88 |
-53,9% |
130 725.17 |
-2,7 dəfə |
Türkiyə |
324 712.38 |
-53,8% |
132 163.33 |
-2,3 dəfə |
Avstriya |
270 845.84 |
100% |
103 005.84 |
-12,3% |
Tailand |
265 741.14 |
-29,1% |
47 317.45 |
-3,9 dəfə |
Malayziya |
239 033.99 |
- |
59 918.34 |
- |
Danimarka |
190 825.79 |
- |
49 569.3 |
- |
Böyük Britaniya |
183 781.76 |
-3,98 dəfə |
60 555.22 |
-5,8 dəfə |
Fransa |
173 899.32 |
-5,2 dəfə |
52 943.03 |
-8,3 dəfə |
Rumıniya |
170 046.81 |
+88,9% |
54 982.56 |
+8,7% |
Avstraliya |
155 902.67 |
+2 dəfə |
62 761.58 |
+57,1% |
Sinqapur |
138 600.68 |
- |
47 646.39 |
- |
N.Abbasova