2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 379,1 milyon manatlıq ($223 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə əməliyyatların həcmi 64,7% azalıb.
Cari ilin oktyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 24,9 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 76,2% azdır. Xarici vətəndaşlar 2020-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabr ayında bank kartları vasitəsilə əməliyyatların həcmini 1 milyon manat azaldıblar.
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 720,3 min turist gəlib ki, bu da ötən ilin 10 ayının göstəricisindən 3,7 dəfə azdır.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.*
B.Rüstəmbəyov