Bazar ertəsi RF XİN başçısı Sergey Lavrov erməni həmkarı Ara Ayvazyan ilə Dağlıq Qarabağ üzrə razılaşmanın bəndlərinin reallaşdırılmasını müzakirə edəcək. Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Dekabrın 7-də Ermənistanın xarici işlər naziri Moskvada işgüzar səfərdə olacaq”, - Zaxarova cümə axşamı brifinqdə bildirib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatının reallaşdırılmasına xüsusi diqqət ayrılacaq. O cümlədən, noyabrın 21-də Rusiyanın idarələrarası nümayəndə heyətinin İrəvana və Bakıya səfərinin yekunları üzrə əldə olunan razılaşmalara əsasən humanitar yardımın göstərilməsi, infrastrukturun bərpası, regionda nəqliyyat dəhlizlərinin açılmasına diqqət yönəldiləcək”, - Zaxarova bəyan edib. **